Azərbaycan kubokunda yarımfinal cütləri dəqiqləşdi

7 Fevral 2021 23:20 Azərbaycan Futbolu 686
Azərbaycan kubokunda yarımfinal cütləri dəqiqləşdi

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cütləri dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, 1/4 finalın son günündə ikinci cütün tərkibi bəlli olub.

Yarımfinalda azarkeşlər bir cütdə paytaxt derbisi izləyəcək. “Keşlə” final vəsiqə uğrunda görüşdə “Zirə” ilə qarşılaşacaq. Bu komandalar müvafiq olaraq “Kəpəz” (1:0, 2:0) və “Neftçi”ni (1:0, 0:0) mübarizədən kənarlaşdırıb.

Aprelin 21-də və 29-da baş tutacaq yarımfinalın digər cütü bir gün əvvəl bəlli olub. “Qəbələ”ni hər iki görüşdə (3:1, 3:0) məğlub edən “Qarabağ” “Səbail”i səfər qolları ilə keçən “Sumqayıt”la (0:1, 2:1) görüşəcək.

(21/29 aprel)

"Sumqayıt" – "Qarabağ"
“Keşlə” - “Zirə”

Xəbər Lenti