"Klubumuza sponsorluq etməyə söz veriblər"

6 Fevral 2021 19:00 Azərbaycan Futbolu 1 300
"Klubumuza sponsorluq etməyə söz veriblər"

«Klubumuz fəaliyyətini davam etdirəcək».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şahdağ»ın prezidenti Xanbaba Daşdı deyib.

Quba təmsilçisinin rəhbəri yenidən Region Liqasında mübarizə aparmağa hazır olduqlarını bildirib:

«AFFA ilə tez-tez əlaqə saxlayırıq. Çempionatın nə vaxt başlaması hələ məlum deyil. indi də onlardan xəbər gözləyirik.

Yəqin ki, bu mövsüm mini turnir keçirməklə kifayətlənəcəklər. Reqlament dəyişməsi gözləniolir. Əvvəlki reqlamentlə olsa, gərək çempionat dekabradək davam eləsin.

AFFA Region Liqasının vaxtını açıqlasa, biz də ona uyğun işimizi quracağıq.

Əvvəl preblem stadionla bağlı idi. Quba Olimpiya Kompleksinin stadionu təmirə bağlandığından, məcbur idi ki, ev oyunlarını orada-burada keçirək. Bu da çoxlu vəsait aparırdı.

Artıq bu xərcdən azad olacağıq. Stadionumuz demək olar hazır vəziyyətə gətirilib. Qubanın İcra Hakimiyyəti komandaya dəstək verəcək.

AFFA-dan xəbər çıxandan sonra onlarla görüşəcəyik. Həmçinin burada fəaliyyət göstərən bəzi böyük otellər şəbəkəsi var ki, klubumuza sponsorluq etməyə söz veriblər».

Digər Xəbərlər
Xəbər Lenti