"Kəpəz"ə sponsor cəlb etmişdik, stadionu görəndən sonra fikrini dəyişdi"

31 Yanvar 2021 23:20 Azərbaycan Futbolu 948
"Kəpəz"ə sponsor cəlb etmişdik, stadionu görəndən sonra fikrini dəyişdi"

"O vaxt iş adamlarının maliyyə imkanları var idi, futbola pul buraxırdılar. Sonra problemlər oldu, əllərini çəkdilər".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, futbolda məcburi heç nə olmur:

"Şərqi Avropa ölkələrində futbol sosial layihədir. Çox az klub mənfəət əldə edir. Ümidlə yaşayırlar ki, nə vaxtsa futbolçu yetişdirib satacaqlar. Onlar əsasən bu işlə məşğul olurlar. Bu ölkələrdə teleyayım və reklam gəlirləri də böyük deyil".

E.Məmmədov Tovuzda olduğu kimi, Gəncədə də Futbol Akademiyası açmaq istədiklərini bildirib: "İki həftə öncə Tovuzda futbol akademiyası və bazanı tam bərpa etdik.

Bu, UEFA, FIFA və AFFA-nın dəstəyi ilə oldu. Bu cür bazanı Gəncədə də açmaq istəyirik. Sabah hansısa sponsor gələndə ona yeni baza tikmək lazım olmayacaq. "Kəpəz"ə sponsor cəlb etmişdik, stadionu görəndən sonra fikrini dəyişdi".

Digər Xəbərlər
Xəbər Lenti