Kasıb Azərbaycan futbolu nə vaxt VARlanacaq?

30 Yanvar 2021 20:40 Azərbaycan Futbolu 593
Kasıb Azərbaycan futbolu nə vaxt VARlanacaq?

Azərbaycan Premyer Liqasında VAR sistemindən 2022/23 mövsümündə istifadə olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

“Türkiyə Futbol Federasiyası ilə əməkdaşlığımızı davam etdiririk. Növbəti əməkdaşlıq VAR sistemi ilə bağlı olacaq.

Bu ilin aprelində VAR sistemi ilə bağlı protokol işlərinə başlayacağıq. Növbəti mövsümə çatdırmayacağıq. Amma 2022/23 mövsümünə hazır olar. Çalışırıq, işə düzgün başlayaq ki, problem olmasın”.

Azərbaycanda hələ ki ilk və sonuncu dəfə 2019-cu ildə UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununda VAR sistemindən istifadə olunub:

"Aprelədək rəsmi protokolu həll edəcəyik. VAR 2022/2023 mövsümündə istifadə oluna bilər. Bu, çox qəliz prosesdir. Çalışırıq ki, hər hansı çatışmazlıq olmasın".

Xəbər Lenti