"Bəzi klublar hesabat təqdim edirlər, amma 100 faiz şəffaf deyil"

29 Yanvar 2021 14:00 Azərbaycan Futbolu 782
"Bəzi klublar hesabat təqdim edirlər, amma 100 faiz şəffaf deyil"

"Ötən il SOCAR-ın maliyyə dəstəyi 40 faizə düşmüşdü. Bu il isə pandemiya ilə bağlı yenidən artaraq 50 faiz olub".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, milli assossiasiyanın hansısa kluba vəsait ayırdıqda ona nəzarət etmək hüququ var: "Çünki hər il ictimai təşkilat kimi hesabat veririk. Hər il auditorlardan 5-6 səhifəlik suallar gəlir".

E.Məmmədov bu ildən başlayaraq maliyyə dəstəyi göstərdikləri bütün klublar və federasiyalardan hesabat tələb etdiklərini də diqqətə çatdırıb:

"Bəzi klublar hesabat təqdim edirlər, amma 100 faiz şəffaf deyil. Pulun hara xərclənməsinə biz yox, klub rəhbəri məsuliyyət daşıyır. Biz FIFA, UEFA və SOCAR-a hesabat veririk".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı