İş adamları fəaliyyətini dayandırmış klubu bərpa etməyə hazırdır…

31 Dekabr 2020 20:40 Azərbaycan Futbolu 744
İş adamları fəaliyyətini dayandırmış klubu bərpa etməyə hazırdır…

2015-ci ildə fəaliyyətini dayandıran «Şuşa-Qarabağ» yenidən futbol səhnəsinə dönə bilər.

5 mövsüm I Divizionda mübarizə aparmıış kluba yeni sponsorlar tapılıb.

Rusiya və İrandan olan iş adamları komandanın dirçəldilməsinə köməklik göstərməyi öz üzərlərinə götürüblər. Onlar bu barədə «Şuşa Qarabağ»ın prezidenti və baş məşqçisi Nadir Qasımovu məlumatlandırıblar.

O da öz növbəsində bununla bağlı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə danışıqlar aparıb.

Burada məqsəd komandanın növbəti mövsümdən etibarən I Divizionda iştirakını bərpa etməkdir.

SPORTİNFO.AZ

Xəbər Lenti