"Araz-Naxçıvan" 8 qolla 1/4 finalın “qapısını açdı”

19 Dekabr 2023 14:50 Araz-Naxçıvan 988
"Araz-Naxçıvan" 8 qolla 1/4 finalın “qapısını açdı”

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan" I Liqada mübarizə aparan "İrəvan"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 8:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını 24, 43, 45+4-cü (pen) dəqiqədə Aksel Nqando, 25 və 51-ci dəqiqədə Orxan Əliyev, 73-cü dəqiqədə Miço Kuzmanoviç, 80 və 83-cü dəqiqələrdə Elvis Maşike vurub.

"İrəvan"da isə 16-cı dəqiqədə Vüsal Qənbərov və 37-ci dəqiqədə Vüsal Əsgərov adını tabloya yazdırıb.

"Araz-Naxçıvan" 1/4 finalda bu gün reallaşacaq "İmişli" - "Qəbələ" matçının qalibi ilə görüşəcək. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti