Azərbaycan futbolu 2023-də - Doğrular və səhvlər… VİDEO

1 Yanvar 12:20 Gündəm 1 216
Azərbaycan futbolu 2023-də - Doğrular və səhvlər… VİDEO

"Azərbaycan futbolu ötən il nələrlə yadda qaldı" sualına cavab vermək o qədər də çətin deyil.

İllərdir problemlər burulğanında boğulan futbolumuzda uğurlu nəticə, şübhəsiz ki, "Qarabağ"ın Avropa Liqasında pley-off mərhələsinə yüksəlməsi oldu.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov futbolumuzun 2023-cü ili ilə bağlı maraqlı şərhlər verib.

Tanınmış jurnalist deyib ki, ötən ilin futbol uğuruna "Qarabağ" imza atıb:

"Təəssüf ki, hazırda futbolumuzdakı problemlər uğurlardan daha çoxdur. 2023-cü ili "Neftçi"nin uğursuz ili kimi dəyərləndirmək olar.

Uğursuz, yersiz məşqçi, futbolçu seçimləri paytaxt təmsilçisini uçuruma yuvarlamaqda davam edir.

Sözsüz ki, illərdir deməyimizə baxmayaraq, lazımsız oyunlarda qazanılan qələbələrə görə 3 il millimizin sükanı arxasında saxlanılan italiyalı Canni De Byazi ilə müqavilənin müddətinin son anda uzadılmaması da diqqət çəkən hadisələrdən biri idi.

Öz uğursuzluğu fonunda davamlı şəkildə futbolçularımızı, medianı günahlandıran "qoca"nın göndərilməsi də nəzərdən qaçmadı.

Ən böyük futbol hadisəsi isə Xankəndidə keçirilən "Qarabağ"- MOİK qarşılaşması idi".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”