Tarixinin rekorduna imza atdı - "Qarabağ"ın rəqibi

7 Oktyabr 2023 03:00 Almaniya 1 084
Tarixinin rekorduna imza atdı - "Qarabağ"ın rəqibi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Bayer" öz tarixinin rekorduna imza atıb.

Sportinfo.az xəbər verir ki, komanda buna Bundesliqanın 6-cı turunda “Maynts"a 5:0 hesabı ilə qalib gəlməklə nail olub.

Ümumilikdə çempionatın yeni mövsümündə 5 dəfə qələbə qazanan və 1 heç-heçə edən komanda xallarının sayını 16-ya çatdırıb. Nəticədə "Bayer" tarixində ilk dəfə Bundesliqanın ilk 6 turunda 16 xal toplamağı bacarıb.

"Bayer"lə "Qarabağ" arasındakı 3-cü tur matçı oktyabrın 26-da Leverkuzendə, 4-cü tur oyunu isə noyabrın 9-da Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti