“Ötən il bütün yolu getdilər - Həmişə bunun təsadüf ola biləcəyini söylədim”

14 Dekabr 2023 15:20 Çempionlar Liqası 1 145
“Ötən il bütün yolu getdilər - Həmişə bunun təsadüf ola biləcəyini söylədim”

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri komandasının səfərdə “Atletiko”ya məğlubiyyətindən (0:2) sonra İspaniya klublarının Çempionlar Liqasındakı uğurlu çıxışını şərh edib.

Sportinfo.az xəbər verir ki, o, bunları deyib:

“Dörd İspaniya klubu öz qruplarında uğur qazandı? Bu, bizə qəti mühakimə yürütməyə imkan vermir, lakin mühüm əlamətlər verir.

Keçən il italyanlar bütün yolu getdilər və çox yaxşı çıxış etdilər. Amma həmişə bunun təsadüf ola biləcəyini söylədim.

Mühakimə uzun müddət ərzində diqqətlə aparılmalıdır. İspaniya La Liqasının oyunlarının səviyyəsi çox yüksəkdir”.

Çempionlar Liqasında iştirak edən beş İspaniya klubundan dördü qrupunun qalibi olub – “Real”, “Barselona”, “Real Sosyedad” və qrupda “Latsio”nu qabaqlayan “Atletiko”.

Yalnız “Sevilya” zəif çıxış edərək, “Arsenal”, PSV və “Lans”ın olduğu qrupda sonuncu yerdə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti