Erməni kilsəsi Paşinyanın hansı sirlərini bilir?

4 Yanvar 03:40 Hadisə 954
Erməni kilsəsi Paşinyanın hansı sirlərini bilir?

Son zamanlar erməni din xadimlərinin davranışları göstərirk ki, erməni kilsəsi Azərbaycanla sülh sazişi imzalanmasını istəmir və dini zəmində xalqlararası qarşıdurmanın yaranmasına çalışır. Qarabağ münaqişəsinin davam etdiyi otuz il ərzində də erməni kilisəsinin mövqeyi daima bu münaqişəni dinlərin toqquşması, xristianların sıxışdırılması və dini zəmində münaqişənin daha da dərinləşdirilməsindən ibarət olub. Erməni din xadimləri hətta hesab edirlər ki, xristian sivilizasiyasının belə güclü bir vaxtında Azərbaycan qələbə əldə etməməli idi.

İrəvanda nəşr olunan hakimiyətyönlü nəşrlər yazır ki, Nikol Paşinyan hakimiyyəti guya “revanş” kəlməsinin cəmiyyətin lüğətindən çıxarılmasına çalışır. İddialarına görə, rəsmi Bakı İrəvandan tələb edib ki, revanşizmlə bağlı çağırışlara son qoyulsun, qisasçılığı təbliğ edərək yeni müharibə istəyənlərin cavabı verilsin.

e7884ccd-7537-44c8-8fbf-eacb016ec40d.jpg (10 KB)

Ermənistanın İctimai Televiziyası və bəzi telekanalların katolikos II Qareginin Yeni il müraciətini yayımlamaqdan imtina etməsini də bu konteksdə izah edənlər var. Hələ I Vazgenin vaxtından ənənəvi olaraq, erməni kilsəsinin rəhbərinin dövlət(və ya hökumət) başçısınında əvvəl Yeni il çıxışı yayımlanıb. Bu il isə son anda İctimai Televiziya heç bir əsaslı səbəb göstərmədən elan edib ki, ənənəvi Yeni il müraciəti bu dəfə yayımlanmayacaq. Əvəzində Eçmiədzin kilsəsi taxt-tacının sahibinə təklif edilib ki, xəbər buraxılışında katolikosun xalqa əsas mesajlarını çatdıra bilərlər.

Bəs, erməni kilsəsinin rəhbərinin Yeni il çıxışında nələr var ki, Paşinyan hakimiyyəti belə yasaq qoymaq məcburiyyətində qalıb? Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın bu günlərdəki revanşist çağırışıları ilə müqayisədə Qaregin lap “mələk” kimi görünüb. Məlumdur ki, kilsədəki son çıxışlarının birində Qalstanyan “mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam” deyib.

Katolikos çıxılşında 2023-cü ili erməni xalqı üçün “çətin il” adlandırıb. Qaregin çox da uzun olmayan çıxışında iki dəfə “artsax”ın adını çəkib. Əvvəl ermənilərin qovulduğu yalanını təkrarlayıb, sonra isə Ermənistana gəlmiş “qardaş-bacıları üçün rəhm və qayğıkeşlik” istəyib. Qareginin çıxışının əsas tezislərində heç bir xüsusi siyasi çalar, müharibəyə, qisasa birbaşa çağırış yoxdur, ermənilərə təskinlik mesajları, Allahdan mədət ummaq çağırışları üstünlük təşkil edir. “Bütün qəlbimizlə dua edək ki, səmavi Rəbb erməni ölkəsini və bütün bəşəriyyəti əmin-amanlıq içində qorusun, Öz köməyi ilə üzərimizə sevgi və ümid lütfünü bəxş etsin və təhlükədən keçən vətənimizə və bütün xalqımıza qələbə bəxş etsin” deyə, Qaragin bildirib. Ola bilər ki, Ermənistan hökumətinin qadağasından sonra Qaraginin çıxışına “əl gəzdirilib”, subut etmək istəyiblər ki, onlar heç də revanşist deyillər.

82475_large.jpg (43 KB)

Bəzi mənbələrə görə, Paşinyanla Qaraginin münasibətlərindəki çatlar Ermənistanın 44 günlük müharibədə məğlub olmasından sonra, katolikosun hökuməti açıq şəkildə tənqid etməsindən başlayıb. Amma hələ 2019-cu ilin payızında Los-Ancelesdə keçirdiyi mətbuat konfransındaPaşinyan ruhanilərlə münasibətlərinin gərgin olduğunu gizlətməmişdi. O, açıq demişdi ki, əgər erməni xalqı kilsənin hakimiyyətin işlərinə qarışmasını arzu edərsə, ölkə rəhbərliyi bu məsələni müzakirəyə çıxarmağa və müvafiq tədbirlər görməyə hazırdır. Paşinyan hədə tonuna keçərək demişdi ki, bəzi siyasi qüvvələr hakimiyyətin liberal siyasətini onların zəifliyi kimi qiymətləndirir: "Oxşar münasibət din xadimləri arasında da müşahidə olunur. Bəzi din xadimləri bizim “kilsənin işlərinə qarışmaq fikrində deyilik” deməyimizi zəiflik kimi qiymətləndiriblər. Bizim təbəssümümüzü və hörmətli münasibətimizi zəiflik kimi qəbul etməyin”. Yəni kilsə ilə hökumət arasında gərgin münasibətlər hələ müharibədən əvvəl yaranmışdı və bunun “milli məsələ” ilə çox da əlaqəsi yoxdur. Maraqlıdır ki, bundan əıvvəlki iki prezidentlə-Sərkisyan və Köçəryanla kilsə rəhbərinin münasibətləri yaxşı olub, bütün tədbirlərdə Qareginin xeyir-duası ilə keçib. O halda, diqqəti Paşinyanın personasına və bağlı olduğu dairələrə yönəltmək lazım gəlir.

Kilsə tarixən hakimiyyət oyunlarında iştirakçı olsa da, mühafizəkar mövqeyini saxlamağa üstünlük verir. Paşinyan hakimiyyətə gələndən ölkəni açıq bazara çevirib, qapılarını Qərbin ən müxtəlif dairələrinin üzünə açıb. Kilsə isə belə açıqlığı ya istəmir, ya da onun izahatını tələb edir. İkinci bir tərəfdən, unutmayaq ki, erməni kilsəsi Rusiyanın təkcə dini dairələri ilə deyil, hətta kəşfiyyatı ilə də münasibətlər saxlamağa meyllidir. Paşinyan haqda ola bilsin ki, kilsənin bildiyi daha çox, hətta mübhəm sirlər də var...

Bunların davası Qarabağa görə deyil, daha başqa səbəblər var...

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti