Nazirliyin yaratdığı klub maliyyə problemi yaraşır

11 Noyabr 2023 08:40 Həndbol 1 229
Nazirliyin yaratdığı klub maliyyə problemi yaraşır

Yeni yaradılan Mingəçevir şəhərinin "Kür" həndbol klubu maliyyə problemi ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, prosport.az-ın xəbərinə görə, həndbolçular sentyabr və oktyabr aylarının maaşını almaqda çətinliklə üzləşib.

Yalnız sentyabrın maaşları bu gün verilib. Halbuki artıq oktyabr ayı başa çatır. Oktyabrın maaşlarının isə noyabrın 10-dək veriləcəyi söz verilib.

"Kür" bilavasitə də olmasa, dolayı yolla Gənclər və İdman Nazirliyinin təşəbbüsü (oxu: Mingəçevirdən olan nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədovun) və maliyyəsi əsasında yaradılıb.

Yeganə həndbol klubumuzdur ki, klubun rəhbər şəxsi ictimaiyyətdən gizli saxlanılır. Klubun direktoru kimi Mingəçevirə ezam olunmuş jurnalistlərə Fuad Yangildin təqdim olunub.

Halbuki klubun avqustun 31-dəki paylaşımında bu şəxs qadın komandasının rusiyalı baş məşqçisi Viktor Ryabıxın köməkçisi kimi təqdim olunub.

Komandaya Avropa və Afrikadan legionerlər cəlb olunsa da, həm qadın, həm də kişi komandası Avropa Kubokunda hər 2 oyunu uduzaraq elə ilk mərhələdəcə mübarizəni dayandırıb.

Noyabrda isə bu komandaları XXX Azərbaycan çempionatı gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı