“Forza Neftçi” çağırış edib, “barmaq silkələdi”: “Səbəb qalmayıb”

5 Noyabr 2023 15:40 Neftçi 1 189
“Forza Neftçi” çağırış edib, “barmaq silkələdi”: “Səbəb qalmayıb”

“Neftçi” Premyer Liqanın 12-ci turu çərçivəsində “Qəbələ”nin qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” səfər qarşılaşmasında tək qalmayacaq. Azarkeşlər Qəbələdə də qeyri-sabit nəticələrə imza atan komandanın yanında olacaq.

“Neftçi”nin sadiq azarkeş qruplarından olan “Forza Neftçi” sosial şəbəkə hesabında səfərlə bağlı elan paylaşımı edib.

Paylaşımda oyun günü Qəbələyə yollanmaq istəyənlər üçün gediş-gəliş qiyməti, məkan və saat bildirişi edilib.

“Forzalılar” iki cümləlik mesajla bu oyunda xal itkisinin qəbul olunmayacağına dair işarə vurub:

“Qeyri-sabit oyunlarınızın sonlanacağı, daşıdığınız loqoya layiq oyunlarınızın başlayacağı bir oyun olacağını düşünürük.

Çünki, artıq verə biləcəyiniz açıqlama, günahı üzərinə ata biləcəyiniz səbəb qalmayıb”.

Bu gün keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti