ŞOK MESAJ YAZDI: “Onun ayaqlarını qırdıracam, bir daha futbol oynaya bilməyəcək“

27 Oktyabr 2023 11:40 Qalmaqal 5 126
ŞOK MESAJ YAZDI: “Onun ayaqlarını qırdıracam, bir daha futbol oynaya bilməyəcək“

Abdullahi Şuaybu ilə keçmiş meneceri Dmitri Selyuk arasında qalmaqal böyüməkdədir.

Tanınmış agent “Kəpəz“ rəhbərliyi ilə əlaqə yaradıb.

O, nigeriyalı hücumçunun karyerasını tezliklə bitirəcəyinə dair xəbərdarlıq edib.

Selyuk mesajda afrikalı legionerin ona qarşı sayğısız davrandığını, əməkdaşlıq şərtlərini birtərəfli qaydada pozduğunu, bu səbəbdən adekvat addımlar atacağını bildirib.

Menecer deyib ki, Şuaybunun hərəkətlərini ona bağışlamaq fikri yoxdur. “Onun ayaqlarını qırdıracam, bir daha futbol oynaya bilməyəcək“ - mesajında bunu da yazıb.

Xəbər verildiyi kimi, “Kəpəz”in legioneri Abdullahi Şuaybunun qanında Hepatit B virusu aşkarlanıb. Bu barədə “Xəzər TV”yə elə onun sabiq meneceri Dmitri Selyuk məlumat verib.

O bildirib ki, nigeriyalı sağlamlıq testindən keçərkən analizləri dəyişdirilib və “sağlam” olaraq qeyd edilib. Bununla bağlı hətta Baş Prokurorluq AFFA-ya müraciət ünvanlayıb.

Bu iddianın doğruluq faizi nə qədərdir? Əlimizdə olan tibbi analizlərə əsasən deyə bilərik ki, afrikalı forvardı gələcək karyera baxımından təhlükə gözləmir.

O, qaldığı yerdən yoluna davam edə bilər. Hər halda müxtəlif klinikalarda həkim müayinəsindən keçən Şuaybunun «daşıyıcı» olduğu üzə çıxıb.

Yəni ki, onun xəstəliyi keçici deyil və münasibət qurduğu şəxsləri yoluxdurmaq ehtimalı yoxdur. Hepatit B Abdullahidə irsidir. Bu virus ona ata-anasından keçib.

Bəs Selyuk niyə birdən-birə belə «hücuma keçib»? İş ondadır ki, nigeriyalı forvardla arasında münasibətlər pozulub.

Onlar artıq bir-birlərini danışdırmır. Menecerin afrikalının əleyhinə hərəkətə keçməsinin arxasındakı səbəb də budur.

Adıçəkilən agent Şuaybunun «Şerif»ə transferinə vasitəçilik edib. Amma o, Moldova klubunda çox qalmayıb, 2022-ci ilin yayında Azərbaycana gəlib.

Hücumçunun «Şerif»dən ayrılması menecerinin ona yanaşması ilə əlaqədardır. Belə ki, futbolçu Tiraspolda olduğu müddətdə ondan istədiyi diqqəti görməyib, bəzən ac qalıb.

Tanımadığı ölkədə özünü yad hiss edib, Selyukdan kömək umub, fəqət tərpəniş olmayıb.

O, Azərbaycana gələndən bir müddət sonra meneceriylə bağlantıları kəsib. Vaxtilə «Mançester Siti»li Yaya Turenin agenti olmuş Selyukla əməkdaşlığı dayandıran Şuaybu onun telefon zənglərinə və mesajlarına cavab verməyib.

Bu da agenti hiddətləndirib və Azərbaycandakı tanışları vasitəsilə son xəbəri mediaya ötürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı