Premyer Liqadan iki klub elçi düşdü - PSJ-nin forvardına

7 Dekabr 2023 18:20 Fransa 885
Premyer Liqadan iki klub elçi düşdü - PSJ-nin forvardına

“Vest Hem” və “Kristal Pelas” PSJ-nin hücumçusu Uqo Ekitikeni transfer etmək üçün hərəkətə keçib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı fransalı ilə hər iki London klubu maraqlanır.

London təmsilçiləri həm PSJ, həm də futbolçunun özü ilə müqavilənin şərtləri ilə bağlı danışıqlar aparır.

Ekitike ötən ildən PSJ-də çıxış edir. Hücumçu bu mövsüm parislilərin heyətində bütün turnirlərdə cəmi bir oyun keçirib.

Futbolçunun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.

21 yaşlı hücumçu "Reyms" və "Veyle"də oynadıqdan sonra 2022-ci ildə PSJ-yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti