“Dəfələrlə belə hallarla üzləşmişəm, bu, ilk deyil” - “Sabah”ın xorvatı

7 Sentyabr 2023 08:50 Basketbol 1 439
“Dəfələrlə belə hallarla üzləşmişəm, bu, ilk deyil” - “Sabah”ın xorvatı

"Düşünürəm ki, təsnifat mərhələsini lider kimi bitirib müntəzəm çempionata vəsiqə qazanacağıq".

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Sabah"ın basketbolçusu Pavle Marçinkoviç FİBA Avropa Kubokundakı şansları barədə danışarkən deyib.

34 yaşlı oyunçu bunun mümkünsüz olmadığını bildirib:

"Hər gün buna daha da əmin oluram. Çünki basketbolçularımızın gücünü meydanda görmüşəm".

Xorvatiya millisinin üzvü komandanın yeni yığıldığını xatırladıb:

"Bir neçə gündən sonra daha yaxşı səviyyədə olacağımızı düşünürəm. Dəfələrlə belə hallarla üzləşmişəm.

Bu, ilk deyil. Məncə, bir-birimizə uyğunlaşa biləcəyik",

"Sabah" FİBA Avropa Kubokunda “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) üz-üzə gələcək.

Qarşılaşmalar oktyabrın əvvəlində reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti