Braziliyalı Premyer Liqanı ərəb klubuna dəyişdi

24 İyul 2021 15:42 İngiltərə 607
Braziliyalı Premyer Liqanı ərəb klubuna dəyişdi

“Everton”dan ayrılan Bernard karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Əl Şarca”ya keçib.

Bu barədə BƏƏ təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Əl Şarca” 28 yaşlı futbolçu ilə 2+1 şərtiylə müqavilə imzalayıb.

Bernard “Everton”dan başqa, Braziliyada “Atletiko Mineyro” və Ukraynada “Şaxtyor”da çıxış edib. Yarımmüdafiəçi Braziliya yığmasında 14 oyunda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti