AVRO-2020: Azarkeşlərdən COVID-19 pasportu tələb olunacaq

9 İyun 2021 15:20 Azarkeş 459
AVRO-2020: Azarkeşlərdən COVID-19 pasportu tələb olunacaq

AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək İngiltərədə azarkeşlər üçün təlimatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsinin matçlarını canlı izləmək istəyən fanatlardan COVID-19 pasportu tələb olunacaq.

Yaşı 11-dən çox olan tərəfdarlar turnirdən ən azı 14 gün öncə peyvəndin ikinci dozasını qəbul etməlidir.

Birinci dozanı almış azarkeşlər isə stadiona daxil olmaq üçün qarşılaşmalardan 48 saat əvvəl koronavirus testininin mənfi çıxdığını sübut edən sənəd təqdim etməli olacaqlar.

İngiltərə millisi Avropa çempionatında Xorvatiya, Şotlandiya və Çexiya ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu