"Qoy, oyun qurtarsın, gör, sənə nə edəcəm, bu söhbət burada qurtarmayacaq" - QALMAQAL!

9 Sentyabr 2023 09:40 II Divizion 4 278
"Qoy, oyun qurtarsın, gör, sənə nə edəcəm, bu söhbət burada qurtarmayacaq" - QALMAQAL!

AFFA İntizam Komitəsi II Liqanın ilk turunda baş vermiş qayda pozuntuları ilə bağlı bir sıra qərarlar qəbul edib:

“Füzuli” – “Cəbrayıl” oyununda birincilər 5 futbolçusunun sarı vərəqə ilə cəzalanmasına görə 70 manat cərimələnib.

“Cəbrayıl” da 4 oyunçusunun «sarı» alması səbəbindən eyni məbləğdə xərcə düşüb.

"Qoy, oyun qurtarsın, gör, sənə nə edəcəm, bu söhbət burada qurtarmayacaq" - QALMAQAL!

“Ağdaş” – “Şahdağ Qusar” matçında Qusar klubunun futbolçusu Salman Atluxanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, 50 manat «tərləyib».

İntizam Komitəsinin ən diqqətçəkən qərarı “Şəfa”nın baş məşqçisi Tural Rzayevlə bağlıdır. Belə ki, o, “Baku Sportinq”lə qarşılaşmanın 38-ci dəqiqəsində ikinci sarı vərəqə alıb.

Texniki zonadan uzaqlaşdırılmasına görə referi Nicat İsmayıllıya sözlə təzyiq göstərib. Bu səbəbdən, o, 2 oyunluq cəzalanıb, “Şəfa” 100 manat cərimə olunub.

Hadisənin məğzində baş hakimin bəzi qərarları dayanıb. N.İsmayıllı bir neçə epizodda qonaqların əleyhinə qərarlar çıxarıb.

Bundan əsəbiləşən gənc mütəxəssis ona narazılıq bildirib və qırmızı vərəqə almasından daha də qəzəblənib. Üzünü «fit sahibi»nə tutaraq, «qoy, oyun qurtarsın, gör, sənə nə edəcəm, bu söhbət burada qurtarmayacaq» söyləyib.

Final fitindən sonra hakimlərə yaxınlaşan Rzayev İsmayıllıya «bizə qarşı qərəzli idin, sən bir də belə hakimlik etməyəcəksən, AFFA-ya deyəcəyik, cəzalanacaqsan» sözlərini işlədib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”