Platini De Brüynenin cavabını verdi

30 Noyabr 2019 13:35 AÇ-2020 1 099
Platini De Brüynenin cavabını verdi

UEFA-nın sabiq prezidenti Mişel Platini Belçika millisinin futbolçusu Kevin De Brüynenin AVRO-2020 haqda dediklərinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, "Mançester Siti"nin üzvü Belçikanın rəqiblərinin püşkatmadan öncə bilinməsini tənqid edib. Platininin məsələyə münasibəti belə olub:

“AVRO-2020-nin konsepsiyasının başlanğıcında iştirak edirdim. Şəhərlərin seçilməsində iştirak etdim, amma püşkatma mənsiz keçəcək. Əgər belçikalılar evdə oynamaq istəyirdilərsə, onlar yeni stadion tikməli idilər. Belçika AVRO-2020-nin oyunlarını qəbul etməli idi. Lakin sonradan oyun Londona keçirildi. De Brüyneye sözüm odur ki, ölkəsinin siyasətçilərinə şikayətlənsin".

Belçika millisinin Avropa çempionatında Rusiya və Danimarka ilə eyni qrupda olması dəqiqləşib. Qrupdakı dördüncü komanda isə Finlandiya və ya Uels olacaq.

Digər Xəbərlər
Xəbər Lenti