Haqsızlığa dözmədi, narazılıq etdi, baş məşqçi geri çəkildi

15 Fevral 11:20 Kəpəz 2 157
Haqsızlığa dözmədi, narazılıq etdi, baş məşqçi geri çəkildi

«Kəpəz»in baş məşqçisi Adil Şükürov Rüfət Əhmədovun müqavilə ilə məxsus olduğu «Qəbələ»yə dönüşünə əngəl yaradıb.

Müdafiəçi icarə əsasında çıxış etdiyi Gəncə təmsilçisindən ayrılmaq fikrinə düşsə də, çalışdırıcı onu dilə tutub, burada saxlayıb.

2002-ci il təvəllüdlü arxa xətt oyunçusu bu fikrə elə-belədən düşməyib. Azər Məmmədovun istəyi ilə «Kəpəz»ə gələn «Qəbələ»nin yetirməsi baş məşqçi dəyişikliyindən sonra əsas heyətdə yerini itirib.

Şükürov müxtəlif bəhanələrlə Əhmədovu kənarda saxlayıb. Premyer Liqanın cari mövsümündə 13 oyuna çıxan və 1 məhsuldar ötürmə verən Rüfət vəziyyətin belə davam etməsinə dözməyib.

Sükançı ilə görüşüb, narazılığını bildirib. Baş məşqçi isə söz verib ki, qarşıdakı turlarda ona oyun praktikası qazandıracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti