5 cavabsız qolla Avroliqanın pley-offunda! - VİDEO

24 Sentyabr 2020 09:56 Avropa Liqası 722
5 cavabsız qolla Avroliqanın pley-offunda! - VİDEO

Avropa Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Kiprdə yerli “Apollon” klubu Polşa “Lex”ini qəbul edib. Cütün taleyi bir oyundan ibarət olduğu üçün qalib tərəf pley-off mərhələsinə yüksələcəkdi. Bu, 5 cavabsız qolla qalib gələn Polşa təmsilçisinə qismət olub.

“Lex” növbəti mərhələdə “Şarlerua” (Belçika) / “Partizan” (Serbiya) duelinin güclüsü ilə üz-üzə gələcək. Avropa Liqasında 3-cü təsnifat mərhələsinin digər oyunları sentyabrın 24-də keçiriləcək.

“Apollon” (Kipr) – “Lex” (Polşa) 0:5

Qol: Tiba, 42; 90+2. İshak, 47. Kaminski, 58. Şikora, 81.

Digər Xəbərlər
Xəbər Lenti