"Qarabağ" 3, "Neftçi" 71 pillə irəlilədi - Dünya reytinqində

10 Fevral 11:00 Araşdırma 1 342
"Qarabağ" 3, "Neftçi" 71 pillə irəlilədi - Dünya reytinqində

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 403 komandadan ibarət siyahıya Azərbaycanın iki təmsilçisi düşüb.

Ötən ay 73-cü pillədə qərarlaşan "Qarabağ" (146,5 xal) 70-ci sıraya yüksəlib. "Neftçi" (57,5 xal) isə 469-cu yerdən 398-ci mövqeyədək irəliləyib.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının son qalibi “Mançester Siti” (359 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikincidirsə, İtaliyanın “İnter” (281 xal) kollektivi üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti