Avroliqanın final matçına hakim təyinatları açıqlandı

19 Avqust 2020 01:48 Avropa Liqası 958
Avroliqanın final matçına hakim təyinatları açıqlandı

Avropa Liqasının finalında keçiriləcək “Sevilya” - “İnter” matçı üçün hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, matçı niderlandlı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Denni Makkeli olacaq. Ona həmyerliləri Mario Diks və Hessel Steeqstra köməklik edəcək. Dördüncü hakim fünksiyasını isə yunanıstanlı referi Anastasios Sidiropoulos yerinə yetirəcək.

21 avqustda keçiriləcək “Sevilya” - “İnter” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti