“Neftçi”də böyük təzyiq altındayıq, “Qarabağ”dan çox geridəyik"

27 Yanvar 13:20 Neftçi 1 085
“Neftçi”də böyük təzyiq altındayıq, “Qarabağ”dan çox geridəyik"

"Neftçi"nin müdafiəçisi Mark Tamaş komandanın yeni baş məşqçisi Miodraq Bojoviçlə bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, Macarıstan mətbuatına danışan futbolçu həmçinin Azərbaycan Futbol Premyer Liqasındakı vəziyyət və Bakıda təhlükəli sürücülükdən danışıb.

Tamaş "Neftçi"yə yayda keçib və müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. "Sportal.hu” portalına danışan müdafiəçi bunları deyib:

"Bojoviç Mutudan 10 yaş böyükdür. O, daha sakit və diqqətli bir məşqçi kimi görünür.

Bilmirəm, yaxşıdır, ya yox, “Neftçi” nəticə qazanmaq üçün böyük təzyiq altında oynayır. Hətta istənilən heç-heçə çempionatın liderləri üçün uğursuzluq sayılır.

Hamı deyir ki, bu necə baş verə bilər? “Qarabağ”dan çox geridəyik, amma qarşıda hələ mövsümün yarısı qalıb.

Bazar günü sonuncu yerdə olan “Qəbələ” ilə qarşılaşacağıq. Təbii ki, biz yalnız qələbəyə ümid edirik.

Keçən yay “Neftçi”yə gəldim və tez öyrəşdim, amma oyunumuzdan razı deyiləm. "Qarabağ"dan böyük fərqə baxmayaraq, rəhbərlik bizdən çempionluq uğrunda mübarizə aparmağımızı gözləyir.

Bunun üçün bizə demək olar ki, mükəmməl matçlar seriyası lazımdır. Ölkə kubokunda da finala çıxmağı gözləyirik".

Digər Xəbərlər
Xəbər Lenti