İbrahimoviç "Mançester Yunayted"lə oyunlara çıxmayacaq

2 Mart 2021 12:20 Avropa Liqası 1 015
İbrahimoviç "Mançester Yunayted"lə oyunlara çıxmayacaq

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç Avropa Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə hər iki oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, buna səbəb isveçli hücumçunun İtaliya çempionatının 24-cü turunda “Roma” ilə matçda (2:1) zədələnməsidir.

39 yaşlı oyunçu görüşün 56-cı dəqiqəsində əvəzlənib. Onun əzələ zədəsinin olduğu bildirilib.

"Milan"ın "Mançester Yunayted"lə ilk oyunu 11 martda, cavab qarşılaşması isə 18 martda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!