"Formula 1" üzrə dünya çempionatı Afrikada keçirilə bilər

17 May 2019 00:50 Atıcılıq 695
"Formula 1" üzrə dünya çempionatı Afrikada keçirilə bilər

"Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri Afrikada keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə yarışın kommersiya direktoru Şon Bratçes məlumat verib.

O, Mərakeş və Yohannesburq (CAR) təmsilçiləri ilə danışıqlar haqqında danışıb. Əvvəllər yarışların keçirilməsinə Nigeriya və Ruanda tərəfindən də maraq göstərilib.

"Afrika bizim daxil olmaq istədiyimiz bazardır. Beş qitədə yarışı təşkil edirik.

Afrika isə olmadığımız son qitədir. CAR və Mərakeşdə çox vacib danışıqlar aparırıq", - deyə kommersiya direktoru bildirib.

"Formula 1" 1958-ci ildə Mərakeşin Kasablanka şəhərində, CAR-da isə 1967-ci ildən 1993-cü ilə qədər keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti