Sportinfo.az xəbər verir ki, "Formula 1" üzrə Kanada Qran-prisinin keçirilmə müddəti uzadılıb.
bununla bağlı Monreal şəhərindəki Jil Vilnöv adına avtodromun sahibləri ilə "Formula One" şirkəti arasında 2029-cu ilədək müqavilə bağlanılıb.
Yeni anlaşmanın mütləq şərti pit-leyn və boks binasının yenidən bərpası olub. Kanada Qran-prisi Monreal trasında ilk dəfə 1978-ci ildə keçirilib.
O vaxtdan yarış iki istisna olmaqla, dünya çempionatının təqvimində yer alıb. "Formula One"nin əvvəlki rəhbəri Berni Ekklstoun 1987-ci ildə iki pivəbişirmə sexinin sponsorluq uğrunda sərt mübarizəsindən sonra bu Qran-prini ləğv edib.
2009-cu ildə isə Kanada mərhələsinin promouterləri Ekklstounla maliyyə məsələlərində razılığa gələ bilməyiblər.
Bu il Kanada Qran-prisi 7 - 9 iyunda keçiriləcək. Tras və paddokun yenidən bərpası üçün ümumi xərc 48 milyon dollar təşkil edib.
Bu məbləğdən 30 milyon dollar Monreal şəhərinin, 18 milyon dollar isə Kvebek əyalətinin büdcəsindən ayrılıb.