“Euronews” bu dəfə Suqovuşanı göstərdi - VİDEOREPORTAJ

4 Dekabr 2020 00:50 Araşdırma 334
“Euronews” bu dəfə Suqovuşanı göstərdi - VİDEOREPORTAJ

Bu günlərdə “Euronews” telekanalının çəkiliş qrupu erməni işğalından azad edilmiş Suqovuşanda olub.

Sportinfo.az xəbər verir ki, məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu da özləri ilə aparmağı xahiş edib.

X.Hümbətov Suqovuşanı tərk edərkən qarşılaşdıqları erməni vəhşiliyindən söz açıb və 27 il olmadığı doğma yerlərə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb.

Azərbaycan Ordusu oktyabrın 3-də Suqovuşan kəndini işğaldan azad edib.

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə kəndin tarixi adı özünə qaytarılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı