Ermənistan əsirləri heç bir şərt irəli sürmədən qaytaracağını açıqladı

3 Dekabr 2020 10:30 Araşdırma 357
Ermənistan əsirləri heç bir şərt irəli sürmədən qaytaracağını açıqladı

Ermənistan Qarabağda əsir və girov düşən şəxslərin geri qaytarılması prosesində "hamının hamıya" prinsipinin tətbiq edilməsinə razılıq verib.

Sportinfo.az xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin ilə görüşündə deyib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Bununla yanaşı, o əsirlərin geri qaytarılması üçün yeni mexanizmlər yaratmağı təklif edib.

"Əsirlərin heç bir şərt irəli sürülmədən dərhal qaytarılması üzrə bir mexanizm yaradılması təklif olunur",-deyə Avinyan qeyd edib.

Müharibədə ağır məğlubiyyətə uğrayan ölkənin rəsmisi atəşkəsin yaradılmasında vasitəçi kimi çıxış edən Rusiya tərəfinə təşəkkür edib.

Baş nazirin müavini deyib ki, əsirlərin geri qaytarılması, itkin düşənlərin və ölənlərin cəsədlərinin axtarışı ilə bağlı məsələlər Ermənistan hökumətinin gündəmindədir və prosesi sürətləndirmək üçün hər şey edilir.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı üçtərəfli bəyanatın 8-ci bəndi də bu müddəanı əhatə edirdi: "Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir".

İndiyə kimi döyüş bölgəsindən yüzlərlə Ermənistan əsgərinin cəsədi (təkcə Şuşa yaxınlığındakı ərazidən 150 erməni əsgər) çıxarılaraq qarşı tərəfə təhvil verilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"