Koronavirus peyvəndi il sonuna kimi istifadəyə verilə bilər

2 Dekabr 2020 00:56 Araşdırma 625
Koronavirus peyvəndi il sonuna kimi istifadəyə verilə bilər

“Pfizer” və “BioNTech” şirkətləri 30 noyabr 2020-ci il tarixində “COVID-19”a qarşı “mRNA” peyvənd namizədi “BNT162b2” üçün Avropa Dərman Agentliyinə Şərti Marketinq İcazəsi üçün rəsmi müraciət təqdim edib.

Sportinfo.az xəbər verir ki, bu barədə şirkətlərin birgə yayımladığı press-relizdə məlumat verilib.

Bildirilib ki, icazə təsdiqlənəcəyi təqdirdə peyvənd ilin sonuna qədər Avropada istifadəyə buraxıla bilər.

“Avropanın mərkəzində yerləşən bir şirkət olaraq, “BNT162b2”nin təsdiqlənməsi ilə dünya miqyasında tədarükün təmin edilməsinə çalışdığımız üçün bu günümüzdəki mərhələ bizim üçün vacibdir” ,- deyə “BioNTech” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Uğur Şahin bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!