TƏHLÜKƏ! Ermənilər meşələrimizdə gizlənib - BU YERLƏRDƏ - VİDEO

29 Noyabr 2020 00:56 Araşdırma 1 558
TƏHLÜKƏ! Ermənilər meşələrimizdə gizlənib - BU YERLƏRDƏ - VİDEO

İşğaldan azad olunan ərazilərdə ermənilər qalır.

Sportinfo.az xəbər verir ki, onların bəziləri torpaqlarımızda gizlənir, bəziləri də Ermənistan tərəfə keçməyə çalışırlar.

Maraqlıdır, Dağlıq Qarabağdakı qanunsuz silahlı dəstələr necə və nə vaxt çıxarılacaq? Bu TƏHLÜKƏLİDİRMİ?

Erməni hüquq müdafiəçisi Siranuş Saakyan mediaya açıqlamasında bildirib ki, ümumilikdə Azərbaycan əsirliyində 100-dən çox erməni var. Ermənistan tərəfin məlumatına görə, indiyədək Azərbaycan Silahlı Qüvvələrinin ələ keçirdiyi ərazilərdə gizlənən, ermənilər tərəfə keçməyə çalışan Ermənistan əsgərləri qalıb.

Bəs çıxış yolu nədir? Azad olunmuş rayonlarda erməni əsgərlərin qalması mümkünmü və bu təhlükədirmi?

Azerforum.com Konfliktoloq Əvəz Həsənov “Yeni Müsavat”a bildirib ki, erməni hərbçilərin qalması və ya gizlənməsi haqqında məlumat da hələ ki rəsmi açıqlanmayıb:

Bizim nəzarətə götürdüyümüz ərazilərdə erməni silahlıların qalması, gizlənməsi barədə deyilənlər hələ rəsmi təsdiqini tapmayıb.

Ola bilsin ki, fərarilik eləyənlər hələ ki ermənilərin nəzarətində olan yerlərdə gizlənirlər. İnanmıram ki, bizim nəzarətimizdə olan ərazilərdə qalsınlar. Çünki qalanlar ya əsir götürüləcək, ya da müqavimət göstərsələr, terror hərəkətlərinə yol versələr öldürüləcək.

Bizdə erməni əsirlərinin sayı barədə dəqiq məlumat yoxdur. Bu barədə hələ nə Müdafiə Nazirliyi, nə Əsirlərlə bağlı Dövlət Komissiyası, nə də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən məlumat verilib. Məlumatlar olduqdan sonra əsirlərin dəyişdirilməsi məsələsi gündəmə gələ bilər.

Hərbi ekspert Ruslan İmamqulyev isə deyir: "İşğaldan azad olunmuş ərazilərimizdə minalanmış sahələrin olması ilə yanaşı, həm nəzarətdən çıxmış erməni terrorçular, həm də Ermənistan silahlı qüvvələrinə məxsus silahlı dəstələrin qalması, gizlənmələri mümkündür. Bu cür hallar təbii ki, təhlükəlidir":

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"