“Qarabağa gedib Azərbaycana qarşı döyüşdük”

28 Noyabr 2020 23:30 Araşdırma 592
“Qarabağa gedib Azərbaycana qarşı döyüşdük”

Sportinfo.az xəbər verir ki, PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri barədə daha bir fakt ortaya çıxıb.

"Anadolu Agentliyi"nin təhlükəsizlik qurumlarına istinadla yaydığı məlumata görə, PKK/KCK terror birliyinin qadın təşkilatının başçılarından biri olan Layika Gültəkin bu barədə təmsil olunduğu cinayətkar dəstənin informasiya mənbələrinə açıqlamasında bildirib.

Terrorçu qadın deyib: “Qarabağa qədər gedib erməni əsgərlərlə birlikdə döyüşdük. Ermənistan xalqının istədiyi hər zaman yanlarında oluruq”.

Beləliklə, PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri bir daha təsdiqini tapıb. Əslində Ermənistan tərəfinin İraqın şimalındakı PKK terrorçularından yardım istəməsi ilə bağlı dəfələrlə informasiyalar yayılıb.

Hazırda Türkiyənin apardığı sistemli antiterror əməliyyatları nəticəsində çox sayda canlı qüvvə itirməsinə baxmayaraq, PKK Ermənistanın yardım istəyinə cavab verib.

Ermənistan tərəfi otuz ilə yaxın zaman kəsiyində işğal altında saxladığı Azərbaycan torpaqlarında bir çox qanunsuz fəaliyyət həyata keçirib. Onlardan biri də həmin ərazilərə nəzarət etdiyi dövrdə işğal altındakı torpaqlarda terror düşərgələrinin və təlim mərkəzlərinin qurulması olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"