Yığmamızın çalışdırıcısı Ronaldo ilə İbra arasında qaldı: "Bu, axmaqlıq olar"

26 Noyabr 2020 19:40 Araşdırma 351
Yığmamızın çalışdırıcısı Ronaldo ilə İbra arasında qaldı: "Bu, axmaqlıq olar"

"Yuventus" Ronaldosuz da güclü olacaq".

Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin baş məşqçisi Canni De Byaziyə məxsusdur.

İtalyan çalışdırıcı "Milan"ın hücumçusu Zlatan İbrahimoviçlə "Yuventus"un forvardı Kriştianu Ronaldonu müqayisə edib. 64 yaşlı mütəxəssis isveçli futbolçunun daha qətiyyətli olduğunu vurğulayıb:

"Əlbəttə ki, bununla portuqaliyalı ulduzun komandası üçün əhəmiyyətini azaltmaq istəmirəm. Çünki bu, axmaqlıq olardı (gülür).

Amma xarakterinə görə İbrahimoviç "Milan"ın mütləq lideridir. O, baş məşqçiyə həm gənc futbolçuları, həm də paltardəyişmə otağındakı vəziyyəti idarə etməkdə köməklik göstərir".

Digər Xəbərlər
Xəbər Lenti