Onların həyatını xilas edərkən qəlpələrdən biri başını yaraladı, 10 gün sonra... FOTOLAR

23 Noyabr 2020 20:10 Araşdırma 422
Onların həyatını xilas edərkən qəlpələrdən biri başını yaraladı, 10 gün sonra... FOTOLAR

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti Ermənistanın oktyabrın 27-də Bərdə rayonunda mülki şəxslərin sıx məskunlaşdığı və hərəkətdə olduğu əraziləri kasetli bombalardan atəşə tutması nəticəsində həlak olan Bərdə rayon sakini, 27 yaşlı Niftalı Paşayevin dəfn mərasimini işıqlandırıb.

Sportinfo.az xəbər verir ki, fotojurnalist dəfn zamanı çəkdiyi şəkilləri öz instaqram hesabında paylaşaraq belə şərh verib:

“Paşayev Niftalı 27 yaşında idi. Bərdə şəhərində bir bankda işləyirdi. Kaset bombaları şəhərin mərkəzinə düşəndə insanları içəri buraxmaq üçün bankın qapısını açmışdı. Onların həyatını xilas etdi. Qəlpələrdən biri başını yaraladı. Ölmədən əvvəl 10 gün xəstəxanada yatdı.

Dəfn olunarkən həyat yoldaşı Lalə körpəsi Muradı tabutun üstündə saxlayır. Lalə çiçək adıdır, Niftalı xəyalındakı evi lalə dolu bir bağça ilə inşa edəcəyinə söz vermişdi. Planlarına uşaqları və valideynləri üçün otaqlar da daxil idi. Lalə tabuta baxaraq “niyə bu evi seçdin, niyə xəyalımızdakı evi son evin kimi seçmədin?” deyə ağrılı bir şəkildə fəryad qoparır. Otağı sükut bürümüşdü.

Niftalının valideynləri Laçın rayonunun Dozlu kəndindən idi. Onlar oradan 1992-ci ildə ermənilər tərəfindən qovulmuşdular. Oğulları isə 28 il sonra erməni hücumları nəticəsində öldürüldü. Niftalı və bütün ölümlərə görə sülh qurmalıyıq”.







Digər Xəbərlər
Xəbər Lenti