“Qəbələ” və “Sumqayıt” ilə bağlı bunu bilirdiz?

19 Avqust 2023 02:20 Qəbələ 559
“Qəbələ” və “Sumqayıt” ilə bağlı bunu bilirdiz?

“Qəbələ” Premyer Liqanın 3-cü turunda “Sumqayıt”la üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma iki rəqib arasında 47-ci duel olacaq.

Komandalar indiyədək 46 dəfə qarşılaşıb. “Qırmızı-qaralar” bu matçlarda böyük üstünlüyə malikdir. Hesabında 27 qələbə olan “Qəbələ” 14 bərabərlik edib və 5 dəfə məğlub olub.

Rəqib qapısından 73 top keçirən komanda 34 qol buraxıb. “Sumqayıt”ın qapısına Viktor Mendi hamıdan çox – 7 top vurub. Son 9 görüşdə meydandan qolsuz ayrılmayan “Qəbələ” 10 oyundur rəqibinə uduzmur.

Premyer Liqa çərçivəsində baş tutan 43 görüşdə 25 dəfə üç xal qazanan “Qəbələ” 13 sülhə imza atıb. 5 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 70-33-dür.

24-cü dəfə öz meydanında “Sumqayıt”ı sınağa çəkəcək “Qəbələ” evdə 16 qələbə qazanıb, 6 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 40 top vuran “Qəbələ” 14 qol buraxıb.

Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək oyuna saat 18:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti