“Vejnəlidə çıxarılan qızıllar “Frenk Müller” saatlarında istifadə olunurdu”

31 Oktyabr 2020 02:24 Araşdırma 630
“Vejnəlidə çıxarılan qızıllar “Frenk Müller” saatlarında istifadə olunurdu”

Sportinfo.az xəbər verir ki, işğaldan azad edildiyi elan olunan Zəngilan rayonunun Vejnəli kəndində ermənilər qızıl çıxarılması ilə məşğul olurmuş.

Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, İlham Əliyevin işğaldan azad edildiyini elan etdiyi Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşir:

“Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə Vejnəlidə qanunsuz olaraq qızıl yataqlarının istismarı aparılırdı.

Bu prosesə “Geo Pro Mining”, həmçinin İsveçrə vətəndaşı olan Vartan Sirmaks adlı şəxs cəlb olunmuşdu. Vartan Sirmaks həm də dünyada brend hesab olunan “Frenk Müller” saatlarının istehsalçısıdır.

Kəlbəcərdə və Vejnəlidə çıxarılan qızıllar həmin “Frenk Müller” saatlarının işləmələrində istifadə olunurdu. Bu qızıl resursları Ermənistanda saxta sənədləşmədən sonra üçüncü ölkələrə çıxarılaraq satılırdı.

Vartan Sirmaks barəsində Azərbaycan Baş Prokurorluğu tərəfindən müvafiq cinayət işi başlanılıb. Təəssüf ki, Azərbaycanın sorğularına lazımi cavab verilməyib, hüquqi müstəvidə bu məsələ ilə bağlı əməkdaşlıq göstərilməyib.

Vejnəli yatağı artıq işğaldan azad olunub, Azərbaycanın digər tərəfdaşlar ilə imzaladığı müqaviləyə uyğun olaraq istismar olunaraq Azərbaycan xalqının mənafeyi naminə istifadə olunacaq”.

Digər Xəbərlər
Xəbər Lenti