Ordumuzun Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması xəbəri yalandır

29 Oktyabr 2020 18:13 Araşdırma 230
Ordumuzun Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması xəbəri yalandır

Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.

Sportinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub.

Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti