“Ermənistan hökuməti ağlını və vicdanını itirmiş şəkildə davranır” - Türkiyə XİN

29 Oktyabr 2020 03:00 Araşdırma 281
“Ermənistan hökuməti ağlını və vicdanını itirmiş şəkildə davranır” - Türkiyə XİN

“Dünənki qəddar hücumdan sonra Ermənistan münaqişə zonasından kənarda olan Bərdə şəhərindəki mülki şəxslərə qarşı növbəti dəfə vəhşicəsinə və xaincəsinə hücum edib. Bu hücum nəticəsində ilkin məlumata görə, 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb”.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistan ordusunun Bərdə şəhərinə növbəti dəfə raket zərbələri endirməsi ilə bağlı bəyanatında deyilir.

Bəyanatda Ermənistanın dinc əhaliyə qarşı hücumu pislənilib:

“Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Can Azərbaycana başsağlığı və mətinlik diləyirik.

Ermənistanın uşaq, gənc, yaşlı ayırd etmədən dinc əhaliyə qarşı davam etdirdiyi bu alçaq hücumları lənətləyirik. Ermənistanın mülki əhaliyə qarşı terror törətmək və qətlə yetirmək üçün yürütdüyü xain siyasət Xocalı qətliamının arxasında yatan xəstə zehniyyətin təzahürüdür.

İşğal etdiyi torpaqlardan çıxmamaq üçün hər yola baş vuran Ermənistan hökuməti ağlını və vicdanını itirmiş şəkildə davranır. Bu son hücum Ermənistanın törətdiyi və məsuliyyətə cəlb olunacağı hərbi cinayətlər siyahısında bir xəcalət olaraq yerini aldı.

Başda Minsk qrupu həmsədrləri olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistana lazımi reaksiyanı göstərməsinin zamanı çoxdan gəlib”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı