“Elə bil prokurordur, ittiham edir bizi” - Prezident

26 Oktyabr 14:43 Araşdırma 163
“Elə bil prokurordur, ittiham edir bizi” - Prezident

“Orada cəmi 5-6 təyyarə aeroportda qalıb. Bunu hər dəfə sual verirlər. Ermənistana da sual verin də. Sual verin o silahları onlara verənlərə”.

Sportunfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində “F-16”larla bağlı xarici jurnalistlərin suallarından danışarkən deyib.

“O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, onların bir ay ərzində nə qədər pulu batıb? Biz onların nə qədər silahını məhv etmişik. Bir dənə də jurnalist bu sualı mənə vermir. Maraqlı deyilmi? Maraqlıdır.

Azərbaycan xalqı görür ki, mən bütün suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm heç vaxt, necə lazımdır cavab verirəm və susurlar. Çünki cavab verə bilmirlər, deyirəm get güzgüyə bax. Sən bura gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Mən onlarla mülayim tərzdə danışıram, bundan istifadə edirlər”, -deyə dövlət başçısı bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 22:40 Messi lazım deyil?
23 Noyabr 21:10 Nazirdən yeni təyinatlar
23 Noyabr 21:00 AFFA 12 komanda üçün...
23 Noyabr 15:40 "Qoca" belə olar - VİDEO