Ermənistaın müdafiə naziri miskin görünüşlü könüllülərlə Qarabağa gəldi

23 Oktyabr 2020 23:50 Araşdırma 1 708
Ermənistaın müdafiə naziri miskin görünüşlü könüllülərlə Qarabağa gəldi

Ermənistan ordusu Qarabağda ağır günlərini yaşamaqda davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan ordusunun əks-hücumu nəticəsində erməni hərbi birliklər pərən-pərən düşüb.

Düşdükləri ağır vəziyyəti düzəltmək üçün Ermənistan Müdafiə naziri David Tonoyan bu gün Qarabağa gəlib.

Məlumata görə, nazir Qarabağın müdafiəsinə özü rəhbərlik etmək niyyətindədir. Lakin görünən mənzərə tamam başqadır.

Özü ilə bərabər bir qrup könüllü ilə cəbhəyə təşrif buyuran Tonoyan gülüş hədəfi olub. Onu müşayiət edən könüllü dəstənin miskin görünüşü sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.

Fotodan da göründüyü kimi nazirin döyüşmək üçün gətirdiyi əsgərlərin “cındırından cin hürkür”. Deyəsən ruhi xəstə Paşinyan nimdaş mülki geyimli, dişləri tökülmüş qocaların hesabına Qarabağı müdafiə etmək niyyətindədir. Azərbacan ordusunun ayaq səsləri isə artıq çox yaxından eşidilir.

Digər Xəbərlər
Xəbər Lenti