Düşmənin Qarabağda çirkin niyyətinin sonu - VİDEO

23 Oktyabr 2020 21:30 Araşdırma 704
Düşmənin Qarabağda çirkin niyyətinin sonu  - VİDEO

Sportinfo.az xəbər verir ki, ötən gün müzəffər ordumuz Zəngilanın Ağbənd qəsəbəsini düşmən işğalından azad edərək ağ günə çıxardı.

Bununla da Azərbaycan və İran İslam Respublikasının dövlət sərhəddinin tam nəzarətə götürülməsi təmin olundu.

Bu hərb tariximizin ən böyük uğurlarından biri kimi yaddaşlara həkk edildi. Çünki iki ölkə arasındakı 132 kilometrlik ərazidən erməni ayağı kəsildi. Həmin nailiyyətin üstün tərəfi də var ki, bunu mütəxəssilər belə izah edir:

Deyilən sözlər onu deməyə əsas verir ki, terrorçu dövlət mədəniyyət yox, mədə niyyətini güdüb. Bu istəklərini isə Azərbaycan ordusu boğazlarında qoydu.

Eyni zamanda Araz çayı üzərində tikilən hidroelektrik stansiyalar və su paylayıcı məntəqələr var ki, bundan sonra həm Azərbaycan, həm də İran onlardan rahatlıqla istifadə edə biləcək.

Ekspertlər deyir ki, Ağbəndin işğaldan azad edilməsinin hərbi üstünlüyü çoxdur.

Bütün proses bir məsələyə möhür vurdu: düşmənin məkrli siyasətinin bir qismi Ağbəndin işğaldan azad edilməsi ilə sona yetdi. İndi isə Azərbaycan ordusu qarşısında daha böyük vəzifə var: Qarabağ torpaqlarının bütünlüklə işğaldan azad edilməsi.

Digər Xəbərlər
Xəbər Lenti