“Xaricdə yaşayan azərbaycanlılardan döyüşmək üçün çox sayda məktub alırıq”

23 Oktyabr 2020 02:40 Araşdırma 348
“Xaricdə yaşayan azərbaycanlılardan döyüşmək üçün çox sayda məktub alırıq”

"“Başqa ölkələrdən gəlmiş Azərbaycan əsilli insanlar ola bilər. Biz bunu istisna etmirik”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində jurnalistin guya Suriyadan olan etnik türkmən döyüşçülərin cəlb edilməsi ilə bağlı sualını cavablayarkən deyib.

Dövlət başçısı jurnalistin “Sizin dəfələrlə dediyiniz kimi, heç bir mücahid, hətta heç bir türkmən yoxdur?” sualına belə cavab verib:

“Çünki bizdə çox sayda könüllülər var. İnsanlar könüllü şəkildə öz ölkələrini müdafiə etmək istəyə bilər. Biz istisna edə bilmərik ki, başqa ölkələrdən Azərbaycan əsilli insanlar gəlir. Lakin bu, təqdim olunduğu kimi deyil ki, Azərbaycan döyüşmək üçün terrorçuları dəvət edib. Bu, yanlış məlumatdır”.

– Siz Azərbaycan əsilli həmin könüllülərdən xəbərdarsınız?

– Mən dedim ki, istisna etmirəm. Ola bilər. Lakin biz xaricdə yaşayan azərbaycanlılardan gəlib tarixi Vətəni uğrunda döyüşmək üçün çox sayda müraciət, çox sayda məktub alırıq. Lakin bizim mövqeyimiz belədir ki, buna ehtiyacımız yoxdur. Döyüş meydanında kifayət qədər insanımız var.

Prezident Suriyadan döyüşçülərin cəlb edilməsi ilə bağlı şayiəni qətiyyətlə təkzib edib.

Digər Xəbərlər
Xəbər Lenti