Paşinyanın dəhşət saçan YENİ ÖLÜM PLANI!

22 Oktyabr 2020 09:00 Araşdırma 2 582
Paşinyanın dəhşət saçan YENİ ÖLÜM PLANI!

Son açıqlamarı sübut edir ki, Paşinyan ciddi pisixolojik problemlər içərisindədir.

Sportinfo.az xəbər verir ki, çıxılmaz vəziyyətdə qalan Ermənistan Baş naziri yeni “plan” hazırlayıb.

Nikol Paşinyan öz “Facebook” səhifəsində ermənilər üçün yeni fəaliyyət planıını təqdim edib.

Plan belədir:

Addım 1. Könüllülər dəstəsi yaradın (ən azı 30 nəfərdən ibarət).
Addım 2. Bir komandir seçin.
Addım 3. Yerli hərbi komissarlıq ilə əlaqə saxlayın.
Addım 4. Hərbi hissələrin birində təhsili tamamlayın.
Addım 5. Vətəni qorumaq üçün cəbhə bölgəsinə gedin.
Addım 6. Qələbə.

Paşinyanın yeni planı isə ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Bir çox ermənilər şərhlər yazaraq Paşinyanın əli silah tuta bilməyən insanları ölümə göndərirdiyini bildirib:

“Məsələni sülh yolu ilə həll edin! Bəsdir bizləri öldürdüz! Əli silah tuta bilməyən insanları ölümə göndərirsiz! Özünüz gedin savaşın. Biz hamımız vətənimizi sevirik, amma siz bizləri düşünmürsüz, ölümə göndərirsiz!” – deyə şərhlərdə qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti