"France Football" bütün dövrlərin rəmzi yığmasına düşməyə iddialı futbolçuların siyahısını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, nəşrin rəsmi saytında son olaraq dünyanın ən yaxşı sağ cinah hücumçusu adına namizədlərin adı dərc edilib.
Jurnalistlər 10 nəfərlik siyahıda müasir dövrün oyunçularından İspaniya "Barselona"sında çıxış edən Lionel Messi və hazırda Niderlandın "Qroningen" klubunda oynayan Aryen Robben var.
Ən yaxşı sağ cinah hücumçusu adına namizədlər: Devid Bekhem (İngiltərə), Corc Best (İngiltərə), Samuel Eto O (Kamerun), Luiş Fiqu (Portuqaliya), Qarrinça (Braziliya), Jairzinyo (Braziliya), Kevin Kigan (İngiltərə), Stenli Metyuz (İngiltərə), Lionel Messi (Argentina), Aryen Robben (Niderland)
Ən yaxşı sol cinah hücumçusu adına namizədlər: Oleq Bloxin (SSRI), Kriştianu Ronaldu (Portuqaliya), Draqan Caiç (Yuqoslaviya), Rayan Giqqz (Uels), Tyerri Anri (Fransa), Rivaldo (Braziliya), Roberto Rivelino (Braziliya), Ronaldinyo (Braziliya), Karl-Haynts Rummenigge (Almaniya), Xristo Stoiçkov (Bolqarıstan)
Ən yaxşı mərkəz hücumçusu adına namizədlər: Dennis Berqkamp, Yohan Kruiff, Marko van Basten (hamısı Niderland), Kenni Dalqliş (Şotlandiya), Eysebio (Portuqaliya), Şandor Koçiş (Macarıstan), Herd Müller (Almaniya), Romario, Ronaldo (Braziliya), Corc Vea (Liberiya)