Messini Ronaldodan üstün tutdu - Luçesku

19 Oktyabr 2020 16:42 Araşdırma 379
Messini Ronaldodan üstün tutdu - Luçesku

Sportinfo.az xəbər verir ki, Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku “Barselona” nın ulduzu Lionel Messi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo barədə fikirlərini bölüşüb.

“Mən baş məşqçi kimi Messi və Ronaldo ilə dəfələrlə üz-üzə gəlməli olmuşam.

Tezliklə çalışdırdığım klubun oyunçuları da onlara qarşı oynamalı olacaq. Futbolçularıma onların bacarıqlarını izah etməliyəm”, - deyə UEFA-nın rəsmi saytı M.Luçeskunun fikirlərini dərc edib.

Rumıniyalı mütəxəssis qeyd edib ki, L.Messi dar məkanda sürəti, özünə inamı və driblinqinə görə fərqlənən futbolçudur:

“Ronaldo isə fərqli oyunçudur. O, fərqlənməyi çox sevir, bu səbəbdən portuqaliyalıya geniş sahə lazımdır. Onun komanda yoldaşlarının köməyinə ehtiyacı var, Messi isə təkbaşına çox şeyi müstəqil şəkildə etmək iqtidarındadır”.

Digər Xəbərlər
Xəbər Lenti