Düşmən ŞOKda: ermənilərə dəhşət saçan “qarapaltarlılar” kimdir? - FOTO

19 Oktyabr 2020 00:56 Araşdırma 6 771
Düşmən ŞOKda: ermənilərə dəhşət saçan “qarapaltarlılar” kimdir? - FOTO

Sportinfo.az xəbər verir ki, Ermənistan mediasında ən çox vurğulanan və “əsas ittiham fakt”larından biri də Azərbaycan Ordusundakı “qarapaltarlılar”dır.

Hətta Ermənistan baş naziri Nikol Paşinyan da xaruci mediaya açıqlamasında Azərbaycan Ordusunda “qarapaltarlılar” olduğunu və onların “muzdlular olması ehtimalının” yüksəkliyini iddia etmişdi.

Hadrut və Suqovuşanda “peyda olan” “200 nəfərlik qarapaltarlı”dan erməni mediası dəhşətli qorxu ilə bəhs edirlər.

Bəs Ordumuzdakı “qarapaltarlılar” kimlərdir?

Müxtəlif ölkələrin ordusunda xüsusi təyinatlıların qara paltardan istifadə etməsi ənənəsi var. Azərbaycan Ordusunun xüsusi təyinatlıları içərisində də qara formadan istifadə edilir. Yeri gəlmişkən qeyd edək ki, DİN xüsusi təyinatlıları da əsasən qara formalıdır.

Azərbaycan Ordusunun qara formalı xüsusi təyinatlılarının təlim video və fotoları isə internetin imkanları daxilindədir. Amma düşmən bunu görməzdən gəlməyə üstünlük verir: belə məlum olur ki, “qarapaltarlı” xüsusi təyinatlılarımız düşməni vahiməyə salan əməliyyatların aktiv iştirakçılarıdır.

Erməni əsgərlərinin kabusuna çevrilən qara formalı xüsusi təyinatlılarımızın təlim fotolarından bir neçəsini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!