Cənub istiqamətində şiddətli döyüşlər: erməni əsgərləri İran ərazisinə keçirlər: TƏCİLİ

18 Oktyabr 2020 14:20 Araşdırma 6 491
Cənub istiqamətində şiddətli döyüşlər: erməni əsgərləri İran ərazisinə keçirlər: TƏCİLİ

Sportinfo.az xəbər verir ki, düşmənin əks-hücum əməliyyatları nəticəsində 17 oktyabrdan 18-nə keçən gecə qüvvəyə minən humanitar atəşkəs Ermənistan hökumətinin avantürist hərbi-siyasi strategiyası səbəbindən yenidən pozulub.

Müdafiə Nazirliyindən bildirilib ki, oktyabrın 18-də səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri düşmənin hücumunu dayandırıb və cənub istiqamətində işğal olunmuş ərazilərdəki döyüş mövqelərinə hücum edib.

Azərbaycan qoşunları İran İslam Respublikası ilə sərhəddə dövlət suverenliyini bərpa edərək, Araz çayı boyunca düşməni təqib edirlər. Nazirlikdən saytımıza bildirilib ki, erməni ordusunun 20-yə yaxın hərbçisi hərbi mövqelərini tərk edərək İran ərazisinə qaçıb.

Azərbaycan diplomatik kanallarla İran hökumətinə erməni əsgərlərinin qonşu dövlətin ərazisinə keçməsi barədə məlumat verib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı