Öz "amplua"sına sadiq qalan Mxitaryan - həmin həyasızlıq, eyni şərləmə

28 Sentyabr 2020 10:24 Araşdırma 774
Öz "amplua"sına sadiq qalan Mxitaryan - həmin həyasızlıq, eyni şərləmə

"Roma"nın erməni yarımmüdafiəçisi Henrix Mxitaryan dünya birliyini Dağlıq Qarabağda müharibəni dayandırmağa çağırıb.

Sportinfo.az xəbər verir ki, futbolçu bu barədə İnstaqramdakı hesabında yazıb, daha sonra onun bu çağırışı erməni jurnalistlər tərəfindən tirajlanıb.

Mxitaryan yazıb: "Bu səhər oyandım və öyrəndim ki, Azərbaycan ordusu Dağlıq Qarabağ üzərinə irimiqyaslı hücuma keçib. Hücumun hədəfi Stepanakertdəki və ətraf rayonlardakı mülki əhalidir".

Qondarma "DQR"-i de-fakto ermənilər yaşayan "müstəqil dövlət" adlandıran futbolçu dünyüa birliyini hərbi əməliyyatları dayandırmağa, regionda sülh və təhlükəsizliyi bərqərar etməyə çağırıb:

"Bizim öz vətənimizdə yaşamaq, mövcud olmaq kimi hüququmuz var. Bizim uşaqlar sığınacaqlarda gizlənmək yox, asudə yaşamaq hüququna malkdirlər. Mən həmişə millətimlə birlikdə olacağam".

Göründüyü kimi, Mxitaryan Azərbaycan ordusunun Füzuli istiqamətində əks-hücuma keçməsini, 27 ildən bəri düşmən işğalında olan torpaqlarımızı azad etməsini "Stepanakert üzərinə hücum" kimi təqdim edir.

Bundan başqa, o, həyasızcasına erməni uşaqların asudə yaşamaq hüququndan dəm vurur, sanki, bizim uşaqlar uşaq deyil, amma bunlarınkı göydən zənbillə düşüb.

Bu, Mxitaryanın öz faşist xislətini büruzə verdiyi ilk hadisə deyil. Bundan əvvəl o, "Arsenal"ın oyunçusu olarkən də Azərbaycana qarşı təxibata qol qoymuşdu.

Ötən il Bakıda "Qarabağ"la oynamaq üçün Bakıya gəlməli olan "Arsenal"ın heyətində Azərbaycana gəlmək istəməyən, daha sonra beynəlxalq miqyasda şivən qoparan Mxitaryan bununla Ermənistan-Qarabağ münaqişəsində ölkəmizin nüfuzuna zərbə vurmaq, onu haqsız çıxarmaq məqsədi güdürdü.

AFFA futbolçunun Bakıya gəlməsi üçün heç bir maneə olmadığını desə də, futbolçu erməniliyinə salaraq həyasızlığını sona qədər davam etdirdi, Avropa futbol təsərrüfatı çərçivəsində söz-söhbət yaratmağa müvəffəq oldu.

Onun indiki açıqlaması da həmin məqsədə xidmət edir. Mxitaryan öz tanınmışlığından aqressor xalqının xeyrinə istifadə etmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti