Niyə Azərbaycan Çempionlar Liqasına 1 klub göndərir?

24 Sentyabr 2020 10:24 Araşdırma 690
Niyə Azərbaycan Çempionlar Liqasına 1 klub göndərir?

UEFA tərəfindən Avropa ölkələrinin klubları arasında qitəmiqyaslı turnirlər 1955-ci ildə keçirilməyə başlayıb.

Sportinfo.az xəbər verir ki, 1994-cü ilə kimi Azərbaycan bu turnirlərdən kənarda qalıb.

Belə ki, Azərbaycan 1991-ci ilə kimi SSRİ tərkibində olub və UEFA turnirlərində iştirak etmək üçün ümumittifaq yarışlarından vəsiqə qazanmalı idi. Lakin heç bir Azərbaycan klubu uğur qazana bilməyib.

Yalnız 1994-cü ildə UEFA-ya müstəqil dövlət kimi üzv olduqdan sonra qitə turnirlərində çıxış etmək mümkün olub. İlk oyun UEFA Kuboku turnirinin ilkin mərhələsində, 9 avqust 1994-cü ildə "Fənərbaxça" və Azərbaycan çempionu "Turan" arasında baş tutub.

1997-ci ilə kimi UEFA-nın qaydalarına əsasən, qurumun klubların nəticələrinə görə hazırlanan ölkələrin reytinq cədvəlində ilk 24 yeri tutan ölkənin klubları Çempionlar Liqasında iştirak edə bilərdi. Həmin il isə bu qayda ləğv olundu və "Neftçi" Azərbaycanı ilk dəfə bu turnirdə təmsil etdi.

UEFA Avropa kuboklarında mübarizə aparan klubların nəticələrinə görə həm onlar arasında, həm də ölkələr üçün reytinq cədvəli tərtib edir. 1999-cu ilə kimi hər qazanılan bərabərliyə 1, qələbəyə 2 xal verilirdi.

Həmin ildən heç-heçə 0.5 qələbə 1 xalla qiymətləndirilir. Qrup mərhələsində isə heç-heçə 1, qələbə 2 xal qazandırır. Alınan xallar cəmlənir və ölkənin həmin mövsüm avrokuboklarda çıxış edən klublarının sayına bölünür.

İntertoto kubokundakı nəticələr nəzərə alınmırdı. Son 5 mövsümün nəticələri toplanaraq, ölkələrin yerləri müəyyənləşir. Reytinqdəki yerlərə uyğun olaraq, ölkələrin növbəti mövsümdə iştirak edəcək klublarının sayı və qatılanacağı turnirdə hansı mərhələdən başlayacağı müəyyən edilir.

Digər Xəbərlər
Xəbər Lenti